Polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

2 iyul 2018-ci il tarixdə Ağcabədi rayonunda “2 iyul - Polis işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etdiər.
Ağcabədi rayon Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini polis polkovnik leytinantı Şöhrət Kərimov tədbiri açaraq polis əməkdaşlarını təbrik etdi və bildirdi ki, bu gün Azərbaycan polisinin yaradılmasından 100- il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov da çıxış edərək bildirmişdir ki, bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən  polislərin bayramıdır. Bu münasibətilə bütün polisləri  təbrik edən rayon rəhbəri qeyd etmişdir ki, doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təbrik məktubu oxunmuş, bir neçə təxris olunmuş polis əməkdaşına hədiyyələr təqdim edilmişdir.
Həmçinin, rayonda ictimai asayişın mühafizəsində nümunəvi xidmətlərinə görə fərqlənən bir qrup polis işçisinə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı verilmişdir.
Yekunda tədbir iştirakçıları Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etdi və Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular, sonda xatirə şəkili çəkdirdilər.


Fotomüxbir Mais Amin AZpress.AZ 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !