İSMAYILLIDA GİRDİMAN BƏLƏDÇİ KLUBU YARADILIR - (+FOTOLAR)

İSMAYILLIDA GİRDİMAN BƏLƏDÇİ KLUBU YARADILIR (+FOTOLAR)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və
innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən
“Məktəblilərin Girdiman bələdçi klubunun yaradılması və davamlı
fəaliyyətinin təşkil edilməsi” layihəsinə başlanılmışdır.
Layihənin əsas məqsədi İsrayıl Həsənov adına İsmayıllı şəhər 1
nömrəli tam orta məktəbin nəzdində Girdiman bələdçi klubunu yaratmaq,
müəllimlər, məktəblilər və valideynlərlə birlikdə ekskursiyalar təşkil
etməkdir. Məktəblilər, müəllimlər və valideynlərlə işləyərək
məktəbin foyesində açıq müzey kimi sərgilənən təsadüfən aşkar olunmuş
arxeoloji, eləcə də etnoqrafik materialları araşdırmaq, etnoqrafik sorğular
keçirmək, Mollaisaqlı kəndinin tarixini, folklorunu araşdırmaq, məktəblilərə
qədim tariximizi, memarlıq abidələrimizi və folklorumuzu sevdirmək,
məktəblilərin folklor oyun və tamaşalarını hazırlamaq, digər kənd, rayon
aktiv məktəblilərinin təşkil olunan tədbirlərdə iştirakına kömək olmaqdır.
Layihənin rəhbəri İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam
orta məktəbin tarix müəllimi Təranə Yusifova, layihənin eksperti tarix üzrə
fəlsəfə doktoru Fariz Xəlillidir.
30 iyun 2018-ci il tarixindəİsrayıl Həsənov adına İsmayıllı şəhər 1
nömrəli tam orta məktəbdə layihəiştirakçıları ilə ekspert tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlillinin birgə görüşü keçirilib.Layihənin rəhbəri məktəbin
tarix müəllimi Təranə Yusifova bildirmişdir ki, mədəni irsimizi, tariximizi və
folklorumuzu təbliğ etməyə ən aşağı yaşlardan başlanmalı, məktəblərdə
keçilən dərslərlə yanaşı müxtəlif sinifdənxaric və məktəbdənkənar
fəaliyyətlərlə məktəblilərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları
maarifləndirmək lazımdır. Eyni zamanda mədəni irsimizin araşdırılması və
tədqiq edilərək öyrənilməsi şagirdlərdə məlumatlılıq səviyyəsinin artması ilə
bərabər gələcəkdə onların müəyyən ixtisaslara maraqlarının yaranmasına
istiqamət verir. O, qeyd etmişdir ki, bu məqsədlə İsrayıl Həsənov adına 1
nömrəli tam orta məktəbin nəzdində Girdiman bələdçi klubunu yaratmağı
planlaşdırırıq. Klubun tərkibinə aktiv məktəblilər, maraqlı müəllimlər və
savadlı valideynləri daxil edərək məktəbimizin tarix otağına rayonumuzun
ərazisində təsadüfən aşkar olunmuş arxeoloji materialları, o cümlədən
Mollaisaqlı kəndi və digər kəndlərimiz, tarixi abidələrimiz, eləcə də kənd
sakinlərində saxlanılan etnoqrafik materialları toplamaq niyyətindəyik. Bu
məktəbdə dərslərin tədrisində əyaniliyi təmin etməyə imkan yaradacaq,
eyni zamanda tarixi abidələrimizi daha yaxşı tanımalarına nail olacağıq.
Məktəbdə tarix otağını zənginləşdirməklə dərslərin əyaniliyində istifadəyə
faydalı olacaqdır. Əldə olunan eksponatları orada xüsusi vitrinlərdə
yerləşdirəcək, onları sənədləşdirəcək və təşkil edəcəyimiz tədbirdə
sərgiləyəcəyik. Ekskursiya qrupunun üzvləri etnoqrafik sorğular keçirəcək,
tarixi abidələrimizi, tarixi sənət növlərimizi araşdıracaq, yeni biliklər əldə
edəcəklər. Həm müəllimlər, həm valideynlər, həm də məktəbliləri tarixi
abidələrimizlə bağlı məqalə və esselər yazmağa, rəsm və fotolar çəkməyə

həvəsləndirmək niyyətindəyik. Ekskursiyalarda ən azı 30 nəfər iştirak
edəcək.Girdiman bələdçi klubumuzun araşdırmaları ilə bağlı hesabat
formalı keçirəcəyimiz tədbirdə həm məktəbimizin, həm də digər məktəblərin
şagirdlərini dəvət edəcəyik.Hesabat tədbirində ekskursiyalar təşkil edərək
araşdırmalar apardığımız tarixi abidələrimizin, mədəni irsimizin öyrənilməsi
ilə bağlı araşdırmaların kataloqu və flayerini də təqdim edəcəyik.
Layihəmizin davamlı fəaliyyətinin təmin edilməsi üçün eyni zamanda
eTwinnig çərçivəsində də planlaşdırılan layihələrimizlə tariximizi, mədəni
irsimizi dünyanın bir çox ölkələrinin müəllim və şagird heyəti ilə əməkdaşlıq
edərək tanınmasına nail olmağa çalışacağıq.
Layihənin eksperti Fariz Xəlilli İsmayıllının zəngin maddi mədəni
irsinin zəif öyrənilməsindən təəssfləndiyini bildirib. Lahıc və Basqalın,
Cavanşir və Qız qalalarının indiyə qədər arxeoloji baxımdan öyrənilməməsi
tariximizdə qaranlıq səhifələrin varlığını göstərir. Mollaisaqlı və
Hacıhətəmlinin antik dövr qəbiristanlıqları müəyyən qədər öyrənilsə də
yaşayış yerləri hələ tapılmayıb. Diyallı və Həftəsov ərazisində dağılmaqda
olan məscid və hamamlar da İsmayıllının mədəni irsinə qayğının
artırılmasını şərtləndirir. Fariz Xəlilli bildirib ki, Girdiman bələdçi klubu
mədəni irsə ictimai münasibəti təkcə öyrənməyəcək, həm də onun
yeniyetmələr arasında təbliğini gücləndirəcək, təşkilatlandıracaqdır.
Məktəbin direktoru Gündüz Qədirov layihənin aktuallığından və
əhəmiyyətindən bəhs edərək şagirdlərin layihədə fəal iştirak edəcəklərinə,
maraqlı təcrübə qazanacaqlarına və fərdi bacarıqlarını inkişaf
etdirəcəklərinə əminliyini ifadə edib.
Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, təlim-
tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva, məktəbin müəllimləri
Gülzar Asvarova, Kifayət Aslanova Qasımxan qalası, Lahıc məscidi
yaxınlığında aşkar olunan skeletlər, Sümüklü dərə, Qalagah alban kilsəsi,
Mücü və Uzboylar qəbirləri ilə bağlı fikirlərini bölüşüblər, klubun
yaradılmasının məktəbin fəaliyyətində mühüm hadisə olduğunu qeyd
ediblər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )