Üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb - + FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov

Üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb + FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov

AZpress.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 29-da Böyük Zirə adası – Dənizkənarı Milli Park marşrutu üzrə təşkil olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb.

AZpress xəbər verir ki, mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Zaur Hümmətov, Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, Dövlət Dəniz Agentliyinin sədri Qüdrət Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftahətdinova, Elnur Məmmədli və güc strukturlarının idman cəmiyyətlərinin rəhbərləri iştirak ediblər.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Üzgüçülük estafetində Müdafiə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərini, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərini, Dövlət Gömrük Komitəsini və Bakı Su İdmanı Sarayını təmsil edən komandaların heyətində ümumilikdə 100-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb. Yarış iştirakçıları Böyük Zirə adasından Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin olduğu istiqamətədək 10 kilometrədək məsafəni 3 saatadək qət ediblər. Gərgin idman mübarizəsinin nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin komandası yarışın qalibi olub. Bakı Su İdmanı Sarayının təmsilçiləri ikinci, Dövlət Sərhəd Xidmətinin təmsilçiləri isə üçüncü yerdə qərarlaşıblar.

Qalib komandaların üzvlərinə diplom, medal və kuboklar təltif edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !