"MİRAS" KİV nümayəndələri üçün infotur təşkil edir -

"MİRAS" KİV nümayəndələri üçün infotur təşkil edir

MİRAS İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası iyun ayının 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün "Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri" və "Şirvan Xəzinəsinə Aparan Yollar" mədəni irs turlarının təqdimatına həsr olunmuş brifinq keçirəcək.
Brifinq iştirakçıları yolüstü "Şirvan Xəzinəsinə Aparan Yollar" mədəni irs turu marşurutuna daxil olan Diri Baba türbəsini (Qobustan şəhəri) və Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyini ziyarət edəcək, Ağsuda aparılan arxeoloji qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olacaq (arzu edənlərə qazıntı prosesində iştirak imkanı yaradılacaq), Ağsu dolaylarındakı "Mingəçevir restoranı"nda təşkil olunmuş brifinq və ziyafətdə iştirak edəcəklər.
Məlumat üçün deyək ki, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrimizi öyrənilməsinə və gənc nəsilə çatdırılmasına kömək məqsədilə fəaliyyət göstərir. Bu məqsədlərə çatmaq üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar , xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir.
Birliyin Azərbaycanın mədəni həyatında, xüsusən də elm aləmində çox ciddi rezonans doğuran layihəsi Orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiya layihəsi olub. "Miras"ın təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarından ibarət birgə ekspedisiya orta əsr Ağsu şəhərini aşkara çıxarıb və orada muzey yaradılıb. "Şirvan Xəzinəsinə Aparan Yollar" mədəni irs turları da Azərbaycanda arxeoloji turizmin inkişafına dəstək verən bir layihədir.
Infotura APA, Trend, Azərfoto, Azərtac, Gün.az, QHTxəbər, Azpress.az, Azadinform, Kulis.az agentliklərinin, "Mədəniyyət", "İki sahil", "Mərkəz", "Respublika", "Yeni Azərbaycan" qəzetlərinin və başqa KİV-lərin təmsilçiləri qatılacaq.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !