Cəfərbəyli kəndində səyyar qəbul-görüş keçirilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ xəbər verir ki, 6 iyul 2018-ci il tarixdə Ağcabədi rayonu Cəfərbəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın və baramaçılığın inkişafına dair tapşırıqlarının bu il də uğurla davam etdirilməsindən, pambıqçılığın inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması istiqamətinə görüləcək işlərdən,əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )