Telman İbadov: - Xəstəxana öz daxili imkanları hesabına 24 saat ərzində su və elektrik enerjisi ilə təmin etmək imkanına malikdir...

Telman İbadov: Xəstəxana öz daxili imkanları hesabına 24 saat ərzində su və elektrik enerjisi ilə təmin etmək imkanına malikdir...

Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovla müsahibə


AZpress.AZ xəbər saytı anomal istilər və baş vermiş enerji faciəsi zamanı səhiyyə müəssisələrinin fəaliyyətlərini araşdırmışdır. Bu məqsədlə Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovdan müsahibə götürülmüşdür:

 

Hörmətli Telman müəllim, anomal istilər və Mingəçevirdə baş vermiş qəza nəticəsində yaranmış enerji qıtlığı zamanı rəhbərlik etdiyiniz müəssisədə fəaliyyət hansı səviyyədə qurulmuşdur?

 

-Məlumat üçün bildirim ki, Respublika Klinik Xəstəxanasında 2 ədəd generator var. Ümumiyyətlə bizim xəstəxanada təmirdən sonra palatalar 2 nəfərlikdir və həm dəhlizdə, həm də palatalarda çoxlu soyuducu aparatlar qoyulmuşdur. Hər bir otaqda sərinlənmək üçün duşlar vardır.24 saat müddətində şöbə isti və soyuq su ilə təmin olunur. Elektrik sistemində olan qəzadan sonra bizim xəstəxanada 2 ədəd generator (450-490 mq gücündə) avtomatik olaraq işə düşmüş və bütün müəssisəni elektrik enerjisi ilə təmin etmişdir. Onu da qeyd edim ki, məlum enerji qəzası zamanı - işıq olmayan gecə bizim xəstəxanada 3 nəfər əməliyyat olunub, 3 doğuş olub, reanimasiyada 50-yə yaxın xəstə olub, onların bəziləri oksigen təminatındadır, süni tənəffüs aparatına qoşulublar. Yeni doğulmuşlar küveyz aparatında saxlanılır. Xəstəxananın reanimasiya şöbələrində, doğum evində, əməliyyat blokunda, liftlərdə 24 saat müddətində, fasiləsiz enerji vardır ki, bu da ümumi işin pozulmamasına səbəb olur.

 

-Uzun sürən istilərlə əlaqədar Bakı şəhərinin ən böyük xəstəxanasında əlavə hansı tədbirlər görülür?

 

-Əlavə bizim 2 su xəttimiz vardır ki, orada daimi su olur. Bilməlisiniz ki, bizim xəstəxana daim su təchizatı ilə təmin olunur. Xəstəxananın 2 su quyusu vardır ki, bunlar da xəstəxananın daxili büdcə hesabına təmir olunub. Orada daimi su vardır.
-Xəstəxananın tabeliyində olan sahələrdə yaşıllaşdırma işinə də xüsusi diqqət yetirilmişdir. Burada 3 mindən çox ağac, çoxlu güllər əkilib. Bu da ümumilikdə sərinliyə müsbət təsir göstərir. Onu da qeyd etmək istəyirəm ki, bir vaxtlar bu xəstəxanada su töküb əllərini yuyardılar, indi isə 24 saat isti-soyuq su vardır. Xəstəxananın bütün korpusları təmir olunub.Palatalarda qalan xəstələrin rahatlığı və müalicəsi üçün daim kompleks təbirlər görülür. 

 

Doktor biz sizə öz dərin təşəkkürümüzü bildiririk ki, öz fəaliyətinizlə bu xəstəxanada yüksək xidmət səviyyəsini qurmaq üçün böyük əmək sərf etmisiniz. Sizin bu işləriniz digər səhiyyə müəssələri üçün sözsüz ki, bir nümunədir.

 

-Mən Möhtərəm Prezidentimizə və Birinci Vitse-Prezident Mehriban xanıma xüsusi təşəkkür edirəm ki, Azərbaycan səhiyyəsinin inkişafında onların əvəzsiz xidmətləri vardır.
Bu ölkə prezidentinin apardığı səhiyyə qayğısı və etimadını da çalışırıq doğruldaq ki, onun qayğısına biz də öz işimizlə cavab verək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )