Zhiyun-Tech Crane 2 Stabilizator Araşdırma və Texniki Xüsusiyyətlər - - Foto məsləhətçi

Zhiyun-Tech Crane 2 Stabilizator Araşdırma və Texniki Xüsusiyyətlər - Foto məsləhətçi

Zhiyun-Tech Crane 2 stabilizator araşdırması içərisində dünyanın ilk follow focus edə bilən 3-istiqamətli kamera stabilizatorun xüsusiyyətləri, satış qiyməti kimi ətraflı məlumatları tapa bilərsiniz.

Gövdədə yerləşən bənzəri görülməmiş bir təqib fokus sistemi ilə birlikdə gələn Zhiyun Crane 2, kabel bağlanısı ilə ± 0.02 ° həssas, gerçəki zamanlı fokusa nəzarət etməyinizi təmin edir. Beləcə hərəkət halında obyekti hər zaman fokusda saxlaya və fotoaparatınızı daha xüsusi bir vəzifə üçün sərbəst buraxa bilərsiniz.

 

Follow Fokus xüsusiyyətinə malik ilk gimbal və daxili follow fokus edə bilən Zhiyun Crane 2 yeni mühərrikləri ilə 2 qat daha çox reaksiya və daha həssas hərəkət imkanı verir. Bunun üçün mühərrik gücündə 50% artım və gurultunun azaldılmasında 20%'lik bir yaxşılaşma həyata keçirən 6-cı nəsil Instune Alqoritm Sistemi istifadə edilmiş.

 

Zhiyun Crane 2, bazar üçün yeni bir meyar yaradır. 3.2kq yük götürmə qabiliyyəti, bazardakı bütün DSLR və güzgüsüz fotoaparatları ilə istifadə edilə bilməkdədir. Zhiyun Crane 2 satış qiyməti hal-hazırda 1350 azn göstərilir.

 

Zhiyun Crane 2 Xüsusiyyətləri

Reaksiya sürətində 100% təkmilləşmə həyata keçirən aparıcı 32-bit x 3 yüksək sürətli MCU paralel nəzarət texnologiyası ilə birlikdə olan Zhiyun Crane 2, üstün tutuş tarazlayıcı sistemi və bənzərsiz sarsılmaz stabilizator performansıyla bazar standartlarının üstündə. İnterfeys dizaynı, bağlantı detallarını, batareya səviyyəsini, nəzarət rejimini və çoxlu kamera parametrlərini asanlıqla təyin etməyinizə kömək olar. Beləliklə hər bir detal üzərində tam nəzarət sahibi olarsınız.

 

Üç ədəd yüksək enerji təmin edən 18650 yenidən doldurula bilən batareya, 6000mAh tutumlu, 18 saat maksimum işləmə müddəti təmin edir. Crane 2, fotoaparatınızın batareyaları olmayanda da kameraya uyğun gerçək zamanlı enerji etməyi təmin edir.

İnnovativ Sürətli Nəzarət Təkər Dizaynı

 

İdarə panelindəki sürətli idarə düyməsi kameranızın bir düyməsi kimidir. TV, AV, ISO ve EV kimi müxtəlif kamera parametrlərini düzəltmək üçün təkərə basa bilər və ya çevirə bilərsiniz. Beləliklə, hər hansı bir proqram tətbiqindən asılı olmayaraq fasiləsiz kamera idarəsi əldə edə bilərsiniz.

 

Tamamilə Dəst Olan Maraqlı Detallar

Crane 2, müxtəlif marka kameralara bağlanacaq kamera idarəsı üçün kabelləri, alüminium tripod, EVA daşıma çantası və stabilizator və ya tripoda sürətli bağlantı təmin edən MANFROTTO standart quick release plate də daxil olmaqla geniş bir aksessuar dəsti standart olaraq gəlir. Saniyələr içində, videoqrafların işininin keyfiyyətini qaldırması üçün idealdır.

 

Sürətli tarazlaşdırma düzəlişi üçün vint İstifadəsi üçün asan, barmaq vintləri və bənzərsiz quick release bağlantısı ilə hazırlanmış olan vintaçan istifadə etmədən yalnız 60 saniyə içində çəkilişə hazır hala gətirmək üçün fotoaparatınıza taxa, yerindən çıxara və tarazlaşdıra bilərsiniz. Çəkilişinizi istədiyiniz yerdə sürətli başlayın.

 

Zhiyun-Tech Crane 2 Qutuda Olanlar

 

· Gimbal Stabilizator

· Tripod

· 1 ədəd 18650 Üçlü Adapter

· 3 ədəd 18650 Li-ion Batareya

· Microdan Microya USB Kabeli

· Microdan Mini USB Kabeli

· Sony İdarə/şarj Kabeli

· Panasonic İdarə/şarj Kabeli

· Micro USB Kabeli

· İstifadə Kitabçası (ENG)

· Çiyin Kəməri

· Daşıma Çantası 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )