Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) - BƏYANATI

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) BƏYANATI

Müstəqil xarici və daxili siyasət yürüdən Azərbaycanın uğurları gündən günə artmaqdadır. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun liderinə çevrilmiş ölkəmiz dünyada həm də davamlı ictimai-siyasi sabitliyin bərqərar olduğu dövlətlərdən biri kimi tanınır.
Təəssüflər olsun ki, hər zaman olduğu kimi, günümüzdə də Azərbaycanın inkişaf səviyyəsindən, güclənməsindən narahat olan antimilli qüvvələr təxribatlar törətməyə, insanlar arasında hakimiyyətə qarşı inamsızlıq yaratmağa, dövlətçiliyin əsaslarını sarsıtmağa çalışırlar. Azərbaycan vətəndaşlarının öz dövlətinə olan sevgisi, onun daha da qüdrətlənməsi və müstəqil siyasi xəttin davam etdirilməsi üçün nümayiş etdirdiyi iradə hər zaman belə təxribatların qarşısının alınmasında müstəsna rol oynayıb.
Bu günlərdə Gəncədə ölkə prezidentinin yerli nümayəndəsinə - şəhər icra hakimiyyətinin başçısına qarşı həyata keçirilən terror hadisəsi əslində məqsədli şəkildə dövlətçiliyimiz əlehinə hazırlanmış təxribatdır. Təsadüfi deyil ki, bu terror hadisəsindən sonra ölkəmizə qarşı düşmən mövqedə olan daxili və xarici qüvvələr vahid mövqedən çıxış edərək cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməyə başlamışlar.
Biz ölkə QHT-ləri olaraq dövlət rəsmisinə qarşı törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, hər zamankı kimi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduğumuzu bəyan edirik.
Hesab edirik ki, ölkəmizdə sabit ictimai-siyasi vəziyyətin qorunub saxlanılması və möhkəmləndirilməsi siyasi düşüncəsindən, ictimai baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənafeyi üçün vacibdir. Ona görə də həmvətənlərimizi təxribatçı çağırışlara uymamağa, xarici dairələrin əlində alət olan şəxslərin əməllərini birmənalı pisləməyə çağırırıq. Şübhə etmirik ki, müstəqilliyimizə, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd, həmişə olduğu kimi, bu dəfə də hakimiyyətlə xalqın birliyi sayəsində iflasa uğrayacaq.


Bəyanat öz tərkibində 705 təşkilatı birləşdirən
Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfindən qəbul olunmuşdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !