Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri - - Seminar (+FOTOLAR)

“Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” - Seminar (+FOTOLAR)

Yevlax şəhərində “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda seminar keçirilib

AZpress.AZ xəbər verir ki, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun 9-da Mingəçevir şəhərində “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda seminar keçirib. Tədbirə cəbhəboyu rayonlarda mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Xəbər istehsalçıları üçün “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının “kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə” yanaşmaları problemlidir: “Əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortaya çıxır. Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də hüquqi bilgisizliklə, yanlış terminlərin istifadə edilməsilə bağlıdır”. Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanununda, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda bu yöndə xəbər hazırlamağın prinsipləri çox aydın şəkildə göstərilsə də, xəbər istehsalı zamanı bu prinsiplərin ciddi şəkildə pozulması müşahidə edilir. “Xüsusi olaraq, cinayətdə şübhəli bilinən şəxslərin təqsirsizlik prizumpsiyasının pozulması halı çox intensivdir. Həmçinin, kriminal xəbərlər vasitəsilə vətəndaşlara zərərli mesajlar verilməsi də narahatlıq doğurur. Bəzi internet informasiya resursları cinayətkarları sensassiya naminə hətta “milli qəhrəman” kimi təqdim edir, gənclərin onlardan yanlış nümunə götürmələrinə yol açırlar”. Xəbər istehsalçıları cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidirlər. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında kriminal hadisələr haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Seminarda ekspert qismində çıxış edən Nəzirə Nurullayeva kriminal hadisələr haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə seminar iştirakçılarını məlumatlandırıb.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Qənimət Qaraşav, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və başqaları layihənin icra edilməsinin bölgə jurnalistləri üçün əhəmiyyətindən bəhs ediblır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !