Yaponiyada daşqın qurbanlarının sayı 140-a çatdı (+FOTO)

Yaponiyada leysan yağışları və torpaq sürüşməsi 140-dan çox adamın həyatına son qoymuşdur. 80-dən çox adam itkin düşmüş hesab olunur. Bu barədə “Kyodo” agentliyi xəbər verir.
Məlumata görə, ən çox həlak olan Xirosima, habelə Exime və Okama prefekturalarında qeydə alınmışdır.

Çayların məcrasından çıxdığına görə şəhərləri və qəsəbələri su basmışdır. Xilasetmə əməliyyatları fasiləsiz aparılır. 6 milyondan çox adamın təxliyəyə ehtiyacı var.

Bildirilir ki, Yaponiyanın Baş naziri Sindzo Abe ölkədə yaranmış ağır vəziyyətlə əlaqədar xarici səfərdən imtina etmişdir.

Zavodlar işini dayandırmış, dəmiryolu və avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır.

Yaponiyanın maliyyə naziri Taro Aso KİV-ə demişdir ki, təbii fəlakətdən zərər çəkmiş rayonlara yardım üçün 2018-ci ilin büdcəsinin ehtiyat fondundan istifadə olunur. Bundan başqa, lazım gələrsə, əlavə vəsait ayrılacaq.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə işlərdə 75 min nəfər, o cümlədən polislər və özünümüdafiə qüvvələrinin əməkdaşları iştirak edirlər.

Ölkədə leysan yağışları bir neçə gün əvvəl “Prapirun” tayfununa görə başlamışdır. İndi isə Yaponiya yeni təhlükə ilə üzləşib – ölkə ərazisinə yaxınlaşan “Mariya” qasırğası güclü külək və leysan yağışları gətirir.

AZƏRBAYCAN

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )