"Hərə olduğu kimi gözəldir" pyesi yeni quruluşda təqdim olundu - (+FOTOLAR)

"Hərə olduğu kimi gözəldir" pyesi yeni quruluşda təqdim olundu (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümə yeni tamaşa ilə yekun vurdu. İyulun 10-da teatrda Arzu Soltanın "Hərə olduğu kimi gözəldir" pyesi əsasında rejissor İlhamə Əhmədovanın yeni quruluş verdiyi tamaşaya ictimai baxış keçirildi.

Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktuallığını itirməyən mövzuya həsr olunan tamaşa yeni mövsümdə balacalrın görüşünə gələcək.

Tamaşada rolları əməkdar artist Əliqulu Səmədov, aktyorlar Sovqat Səmədova, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə, Gülnarə Abbasova, Gülnar Məmmədova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Novruzov, Qurban Əhmədov ifa edir. Rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Mahir İbrahimli, rəqslərin quruluşu Könül Şahbazova, teatrın bədii rəhbəri-direktoru respublikanın əməkdar artisti İntiqam Soltandır. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )