- Polis zabitlərini öldürənlər...

Polis zabitlərini öldürənlər...

Gəncədə polis zabitlərini bunlar öldürüb – adlar və fotolar

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumat yayıb.

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Minval.info-ya daxil olan məlumatda deyilir:

“Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində(012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96,Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur”.

 

Böyükkişiyev Rəşad Məmmədəli oğlu

 

 

Qasımov Fərrux Xəqani oğlu

 

                                                                                 ***

 

Gəncədə polisi öldürən Rəşadın digər cinayətləri…

 

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.

AZpress.AZ AzVision.az-a istinadən xəbər verir ki, Rəşad Məmmədəli oğlu Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada da dəmir barmaqlıqlar arxasına düşüb. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )