“Özəl pensiya fondları..." - - Nazir Sahil Babayevin şərhi

“Özəl pensiya fondları..." - Nazir Sahil Babayevin şərhi

"Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur. Bu səbəbdən də özəl pensiya fondlarının yaradılması gündəlikdə olan məsələdir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu iş kompleks şəkildə araşdırılmalıdır:

"Bu, qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Məsələnin araşdırılması uzun müddət tələb edir. Ümumilikdə Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır. Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. İndi Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir. Ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir”.(modern.az) 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )