Adnan Oktar həbs olundu - - Kediciklərlə birlikdə...

Adnan Oktar həbs olundu - Kediciklərlə birlikdə...

PAPAROZANI DA TUTDULAR

 

Türkiyədə Adnan Oktar adlı (bu onun ləqəbidi, əsl adı nə bilim nə) bir papa Roza var , 200-dən çox da həyat qadınını yığıb başına, özü də seçmə qadınları. Həm özü kefdədi , həm də dost-tanışa pay-pürüş edir. İndi onu da tutublar, onun 247 kediciyini də. Türkiyənin Cinayət Məcəlləsinin yarısı ilə də cinayət işi qaldırılıb.

Bəs, ona şərait yaradanları necə, tutacaqlarmı? Bütün günü televiziyalardan düşmürdü, xüsusi proqramı vardı, elə Fətulla Gülən kimi bir şey idi. 

 

                                                                                     ***

 

Adnan Oktar casusluqda təqsirləndirildi, yaxın adamı qaçdı

 

Türkiyədə səhər saatlarında keçirilən əməliyyat zamanı Adnan Oktarın polisləri gördükdən sonra qaçaraq Sariyer istiqamətində hərəkət etdiyi məlum olub.

Axar.az xəbər verir ki, təhlükəsizlik orqanları Oktarı yalnız həmin istiqamətdə yaxalamağa müvəffəq olublar.

Məlumata görə, barəsində casusluq itthamları da irəli sürülən Oktarın Türkiyəyə aid gizli məlumatları İsrail kəşfiyyatına – MOSSAD-a ötürdüyü iddia olunub.

Oktarın barəsində yaşları 11-40 arası olan 20-dən çox qadının cinsi istismara məruz qalması ittihamı ilə hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Adnan Oktarın mütəşəkkil cinayətkar dəstəsinə üzv olan və barəsində həbs qərarı qəbul edilənlərin 106-sı qadın olub. Adnan Oktarın sağ əli sayılan dəstənin iki nömrəli şəxsi Tarkan Yavaş əməliyyat zamanı qaçmağı bacarıb. Qaçan şəxsin silahlı olduğu bildirilib.

Elmi Araşdırma Fondunun keçmiş sədri olan Tarkan Yavaş azyaşlı qız uşağını cinsi istismar, saxtakarlıq və beynəlxalq casusluq iddiaları olmaqla, 20 ittihamla axtarışa verilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )