Manqurtlaşmaya gedən yoldan xalqımı Allah qorusun ... - (AZpress.AZ Maya Quliyeva, Qarabağ )

Manqurtlaşmaya gedən yoldan xalqımı Allah qorusun ... (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Qadın - insanların cənnətdən qovulmasının tək səbəbkarı, doğulanda lənətlənib, diri-diri basdırılan, yetkinlik yaşına çatmamış zorla ərə verilən, təhsil alıb "gözü açılmasın"dan qorxulan, azadlığı çadra ilə məhdudlaşdırılan, başqalarına xoş getsin deyə dəyişən, öz səadətini ailəsinə qurban verən, heç kimin onun nə istədiyini soruşmayan, kim olduğu ilə maraqlanılmayan, hamıya görə özünü qurban verən, uduzmuş, sınmış, sevincinin və kədərinin dəyəri, fikir və baxışlarının əhəmiyyəti olmayan, ruhu ölü, özü diri olan bir varlıqdır ...
Bütün bunlarla yanaşı Qadın - anadır .
Alimləri , filosofları , sərkərdələri , şahları , nökərləri , şəhid və qəhramanları dünyaya gətirən qadınların hamısı ana olmasa da qadındır ...
Qadın ilk növbədə öz görünüşü , geyimi , davranışı və danışığı ilə nəzərə çarpır .
Ana isə ... - O daha dərin bir anlamdadır... Təsvirinə gücüm çatmayacaq. Batmağa qorxduğum üçün kənarından baxdığım ümmandır.
Qadına qarşı şiddət , zorakılıq , haqsızlıq. Qadın alveri , qadın istismarı , qadın , qadın və yenə də qadın .
Ailədaxili və ailədən kənar mövcud olan bu hadisələr günümüzdə və dünyanın bütün cəhətlərində mövcuddu .
Heç səbəb və səbəbkarlara da toxunmuram .
Bu yaxınlarda metroda baş verən hadisəni unutmuşuq da . Amma bu gün gördüyüm bu mənzərə mənə taa Həvva anamızdan bu yana oxuduqlarımı , bildiklərimi və gördüklərimi bir daha gözümdə lent kimi canlandırdı .
Bu yaxınlarda mənə bir sual verdilər:
Prezident olsan ilk işin nə olardı ???
- Heç fikirləşmədən - Ölkəmizdəki Təhsil sisteminə əl gəzdirərdim cavabını verdim .
Bəli , ən yaralı yerimdi , ən yaralı yerimizdi .
Gələcəyimizi mankurtlar kimi böyüdürük və bunun da fərqində deyilik .
Mankurt - insanların saçları dibindən qırxılır , yaş dəvə dərisi sarınıb əl-ayaqları bağlı halda Günəşin altında bir neçə gün saxlanılır . Dəri quruduqca insanın başını sıxar və inanılmaz ağrılar verərək insanın ağlını itirməsinə səbəb olar . Artıq belə bir adam şüursuz kölədir . Istənilən hər bir şeyi sorğu-sualsız icra edir .
Uşaq dünyaya gələndən onun ayaq açıb yeriməsinin yəqin ki , hamı şahidi olub .
Amma biz Avropaya necə sıçramışıqsa ...
Xalq artisti , əməkdar artist , ya da göz önündə olub da çox vaxt ibrət və misal yeri olan məşhur insanların geyim-kecimləri , davranışları vaxtı ilə çox önəmli idi .
Niyə məhz qadın dedim , ana demədiyimi yəqin ki , anladınız .
Əlində siqaret , bahalı bir avtomobil sürən qadın 14-15 yaşlı məktəbli bir qızda nə fikir canlandırır ??
Gənclərin - Kimə oxşamaq istəyirsən? sualına televiziyadan tanıdığı bir "qəhraman"ın adını verəcəyinə adım kimi əminəm .
Qadın maşın sürməsin demirəm .!!!!
Əynindəki bir qarış zər-zibalı paltarla , hündürdaban ayaqqabısının səsi zəng səsindən bərk çıxan , hərəsi bir rəngə boyalı və caynaq şəklində uzadılmış dırnaqlarla , iynələnib şişirdilmiş dodaqla dərsi ifadə edə bilməyən , toy və məktəbi səhv salan məktəb müdirəsindən və müəllimələrindən qız uşaqları hansı ibrəti götürməlidir ????
Milyonların önündə bir kişi aparıcının öpüşlərinə razı qalaraq susan , qucaqda səhnəyə gətirilməsinə etiraz etməyən , hamam paltarında efirə çıxmalara , at kimi çapılmalarına , ər-arvad münasibətlərindən reytinq qazananlara , namusu ləkələnmiş qız-gəlinlərin üstündən şou quranlara , kişiliyi və qadınlığı bəlli olmayan bir məxluqu ortaya qoyub insanlar arasında dava-dalaş yaratmalar , evdən qaçanları və evinə başqasını gətirənləri utanmadan yaymaq , valideyn və övladı cəmiyyət önündə üzləşdirmək - bu xalqın başına dəvə dərisi geydirmək deyilmi .!!!?????
Bu yaxınlarda Qadınlardan ibarət bir Ictimai Birliyin əsgərlər qarşısında bayram tədbirinə dəvət edilmişdim . N saylı Hərbi Hissəyə mən onlardan tez çatmışdım . Onları gətirən maşın gəlib dayananda artıq mən dəhşətə gəlmişdim . Gördüklərimi yazıb təkrar o anı yaşamaq istəmirəm . O tədbirin 11- ci dəqiqəsi mən oranı tərk etdim .


Qadın , qadın və yenə də qadın ....!

Space kanalına məncə Azərbaycanımızın bütün bölgələrində baxılır . Hava haqqında məlumat da bu günlərdə hamının izlədiyi bir verlişdi .
Adına görə nə çadra ilə , nə də çimərlik paltarı ilə sunulası bir veriliş deyil . Amma bu gün gördüyüm formada da sunulası deyil axı ...!!!!
Sonra da şortik geyinənləri müzakirə edirik .
Şortik geyinmək də eyib deyil , amma baxır harda və necə? Şortiki geyinib o oturuşu oturan qız uşağı sabah dünyaya bir əsgər gətirib ana ola biləcəkmi ...!!!!???
Bax budur dərdimiz ...
O uşaqda günah görmürəm , onları dünyaya gətirib ana ola bilməyənlərdə də günah yoxdu . Günah hələ də mankurtlaşma sırası gəlməyəmiş məndə , səndə, ondadı ...

Məsələ hicabda , çadrada deyil . Insanın zatı gərək yaxşı ola . Qanda varsa, onu çadra yox , bağlı sandıqda da edəcək .
Mankurtlaşmaya gedən yoldan Xalqımı Allah qorusun ...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )