Bakı Musiqi Akademiyasında növbəti tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - Nəriman İsmayılov )

Bakı Musiqi Akademiyasında növbəti tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - Nəriman İsmayılov )

AZpress.AZ xəbər verir ki, 17 iyul 2018-ci il tarixində Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının növbəti tədbiri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında növbəti tədbiri keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təşkil edilən konfransda 500-dən çox mədəniyyət, incəsənət və elm xadimi iştirak edir. İyulun 16-da konfrans çərçivəsində türk xalqlarının mədəniyyəti ilə tanışlıq olub. İyulun 17-də Bakı Musiqi Akademiyasının müxtəlif zallarında tanınmış musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin məruzələri dinlənilib.
Tədbirdə canlı ifalar da olub. Konsert proqramlarında Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət "Lumineux" - vokal xor ansamblı (Bədii rəhbər və dirijor BMA-nın baş müəllimi Naala Barateliya) çıxış edib. Ansamblın repertuarında azərbaycan və xarici bəstəkarların əsərləri səslənib. Daha sonra günün sonunda Bakı Musiqi Akademiyasının Böyük zalında Böyük Britaniyanın “The Canterbury Voices” xor ansamblının çıxışı olub. Ansamblın ifasında “Mozart Overture to marriage of Figaro”, “Sweet Kate”, “Though My Carriage”, “How Sweet the Moonlight”, “Smile”, “Libertango” və s. əsərlər səslənib. Tədbir Gozdem İlkay ifası ilə sona çatıb. Pianoçunun ifasında İ.S.Bax “2 saylı fransız süitası” və F.Şopen “Ballada №4 Op.52” əsərliri dinləyicilərə təqdim edilib. İfaçıların çıxışları konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )