QHT TV-nin Xəbərlər Blokunun növbəti buraxılışı hazırlanıb - (+VİDEO)

QHT TV-nin Xəbərlər Blokunun növbəti buraxılışı hazırlanıb (+VİDEO)

Xəbərlər blokunun 2-ci buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.
Bu barədə məlumat verən "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, xəbərlər bloku vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda hazırlanır. Belə ki, tədbirlər ilə bağlı video görüntülər təşkilatlar tərəfinə təqdim olunur. Növbəti fəaliyyətlər isə layihə icraçıları tərəfindən həyata keçirilir. Layihə rəhbəri qeyd edib ki, 2-ci buraxılışda 9 informasiya yayımlanmışdır ki, bu informasiyaların 4-ü regionda baş tutan tədbirlərlə bağlıdır.
Bu layihənin gələcək inkişafına toxunan QHT TV rəhbəri bildirib ki, proses yenidir və QHT-lərin bu prosesə alışması üçün müəyyən vaxt lazımdır. “Hesab edirəm ki, birgə əməkdaşlıq yeni uğurların başlanğıcı olacaq” – deyə Cəsarət Hüseynzadə bildirib.
Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində hazırlanır və hər həftə QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.

 

1. Türkmənistan səfiri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub – 0:51:02
2. Aztəminatlı yeniyetmələrə yardım layihəsinin nəticələri təqdim olunub- 01:46:12
3. Şuranın dəstəyi ilə sosial işçilərin maarifləndirilməsinə dair dəyirmi masa keçirilib - 05:41:02
4. Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verilib - 07:14:08
5. “Gələcəyə Baxış” İB Yevlaxda seminar keçirib - 08:39:24
6. “Loqos” Türkiyə Universiteti ilə əməkdaşlığa başlayıb - 09:44:03
7. Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşıb - 10:36:11
8. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin seminarı və sərgisi keçirilib - 10:55:10
9. QHT ahıl insanlar üçün istirahət turu təşkil edib - 11:57:20

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !