Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri - - Konfrans (+FOTO)

“Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” - Konfrans (+FOTO)

AZpress.AZ xəbər verir ki, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun 19-da Bakı şəhərində “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans keçirib. “Sputnik” Azərbaycanın Konfrans zalında keçirilən tədbirə jurnalist təşkilatlarının, KİV qurumlarının, QHT-lərin təmsilçiləri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Xəbər istehsalçıları üçün “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Gəncədə baş verən son hadisələr zamanı bir daha təsdiq olundu ki, xəbər istehsalçılarının “kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə” yanaşmaları problemlidir: “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında açıq şəkildə göstərir ki, terror hadisələri zamanı terror törədən şəxsin fikirlərinin, ideyalarının cəmiyyətə açıqlamasına yol vermək olmaz. Amma bəzi qeyri-peşəkar xəbər istehsalçıları nəinki Yunis Səfərovun “ideyalarını” yaydılar, həmçinin, ona dolayısı ilə dəstək nümayiş etdirdilər. Bu və digər nümunələr deməyə əsas yaradır ki, əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır. Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də hüquqi bilgisizliklə, yanlış terminlərin istifadə edilməsilə bağlıdır”.
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdə çıxış edən media təmsilçiləri və ekspertlər- Azər Həsrət, Nəzirə Nurullayeva, Ramella İbrahimxəlilova, Namiq Mailov, Elçin Zahiroğlu, İlqar Vəliyev, Çingiz Bayramov, Elçin Hüseynov, Sevda Əsgərova, Anar Vəziroğlu, Nadir Azəri və digərləri kriminal hadisələr haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlərdən danışıblar. Onlar, həmçinin, layihənin icrasının bu sahədəki problemləri aradan qaldırmağa yardım göstərəcəyini bildiriblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !