“ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübə keçəcəklər - (+FOTOLAR)

“ASAN xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübə keçəcəklər (+FOTOLAR)

Serbiya, Niderland, Pakistan, Çin və Hindistandan gələn qonaqlar 19 iyul – 3 avqust tarixlərində “ASAN xidmət” mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak edəcəklər.
1, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərəcək əcnəbi könüllülər "ASAN xidmət" mərkəzləri və "ASAN radio" ilə yaxından tanış olublar, onlara “ASAN xidmət"in fəaliyyəti, prinsipləri və ASAN Könüllüləri hərəkatı haqqında geniş təqdimatlar edilib.
Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )