Azərbaycanda 2 beynəlxalq foto müsabiqə keçirilir -

Azərbaycanda 2 beynəlxalq foto müsabiqə keçirilir

Azərbaycanda “Gilavar” Photo Club of Azerbaijan adlı foto klubun təşkilatı dəstəyi ilə iki beynəlxalq foto müsabiqə başlayıb. Müsabiqələr Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinın (PSA) xüsusi icazə ilə keçirilir.
Müsabiqələrin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.
Azerbaijan Photo Salon və Baku 2018 adlanan foto müsabiqələrə dünyanın istənilən yerindən 16 yaşından yuxarı hər bir kəs iştirak edə bilər. Sərbəst rəngli və ağ-qara, insan, səhayət, təbiət, və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaqdır. Müsabiqənin ən yaşxılarına medallar və xüsusi lentlər təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.
Qeyd edək ki, “Gilavar” Photo Club of Azerbaijan foto klubu 2017-ci ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.gilavar.net veb saytı və facebook sosial şəbəkəsində səhifəsi mövcuddur. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )