Lənkəran teatrı mövsümü başa vurub - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı mövsümü başa vurub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, İyulun 20-də Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi özünün 127-ci mövsümünü başa vurub. Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor, əməkdar artist Adil Zeynalov hesabat xarakterli çıxışlarında yaradıcı kollektivin ötən mövsümdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd olunub ki, mövsüm ümumilikdə kollektiv üçün uğurlu keçib. Belə ki, ötən il dakabrın 1-dən 6-dək teatr İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək, bu mötəbər sənət yarışmasında diplomla mükafatlandırılıb. Teatrın Lerik və Astara rayonlarında Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxışları da maraqla qarşılanıb.
Yola saldınan mövsümdə teatrda yeni - “Dabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib
Bildirilib ki, ötən mövsümün ən yaddaqalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatrın aparıcı aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri ada layiq görülməsi olub.
Daha sonra teatrın quruluşçu rejissoru, Əməkdar artist Adil Zeynalov “Mövsümün uğurlu tamaşası”, aktrisa Qızılgül Quliyeva “Ən yaxşı qadın rolunun ifaçısı”, atrist Səyad Əliyev “ən yaxşı kişi rolunun ifaçısı” və quruluşçu rejissor Emil Əskərov “Ən işgüsar gənc sənətçi” nominasiyalarında Fəxri fərmanlarla təltif olunublar.
Teatrın bağlanış mərasimi Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının nümayişi ilə başa çatıb. Gənc rejissor Emil Əskərovun Lənkəran səhnəsində debütü olan bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa ediblər.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !