UTANIN!... - - Qəbristanlığa dönən Ağdamım... (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

UTANIN!... - Qəbristanlığa dönən Ağdamım... (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Dövri qədimdən şahidiyik , Qəbristanlıqların yanından keçəndə sakitlik yaradar, deyib-gülməz , avtomobilində musiqiyə qulaq asanlar musiqinin səsini tamam alar ya da bağlayarlar .
Evində cavan ölən kimsənin qapısında bəlkə də illərlə toy mağarı qurulmur, rəhmətə gedəni isə bir az yaşlı nəsildəndirsə olması gərəkən xeyir işini ən azı bir il gözləyərdilər .
Qonum -qonşular , bəzən eldə-obada , kənddə belə onun dərdinə- kədərinə hörmət edib bir müddət xeyir işlərini təxirə salırdılar .

Indi 25 ildi ancaq 23 iyulda nə toy edənlər var , nə ad günün qeyd edənlər . Guya hörmət edirik işğal günümüzə . Özümüzə hörmət nə vaxt edəcəyik ???
Avropada olub ordan Vətənimə baxmağa imkanım olmayıb , amma belə bir xəyal qurmuşam .
Bildiyimiz və bilmədiyimiz Avropa Birlikləri , biz köçkünlərin Vətən tələbini görmür və eşitmirsə bizim Vətənsizliyimizi necə və niyə həll etməlidilər !!!????
Ağdamlı olub , ağdamsız olanların da 25 yaşı tamam olur . Ağdamsız olub ağdamlı olanların da .
Ağdam nə ilə kim ilə məşhurdu bu hamıya bəllidi .
Nə dirilərdən nə də rəhmətliklərdən kimlərisə narahat etmək fikrində deyiləm .
Yəni , Ağdamın nə şəhidlərini saymayacam nə şahidlərini .
Ağdamın Şahmar əkbərzadəsindən bu şeiri bütün Qarabağlılara ərmağan edirəm .


Qarabağsız Qarabağlı

 

Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən..
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən..

Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına..
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına..

Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən..

Utanım yerinə Misri qilincım,
Tufəng çıxan kimi qınına girdin..
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin..

Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı..
"Leş bir yana, baş bir yana" -deyirdin,
Qalağa vurduğun qardaş başıydı..

Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı..
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..

Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..

Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən..
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən..

Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan..
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan..! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !