Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı... - (+FOTO-VİDEO) YENİLƏNDİ

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı... (+FOTO-VİDEO) YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

Minval.info-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb:

“22.07.2018-ci il tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Əlavə məlumat veriləcək”. 

 

                                                                              ***

 

Xaçmazda itkin düşən uşağın yeni görüntüləri yayılıb: “Onu kolluqdan tapıblar”

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşən 3 yaşlı uşaq tapılıb.

Minval.İnfo xəbər verir ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunu kənd sakinləri tapıb: “Uşağı vidoeoda görünən kişi və gənc oğlan tapıb. İsmayıl çox da uzağa gətməyib. Burada, mayakın arxasında meşəlik var, orada çayın yanında olan kolluqdan tapıblar. Şükür Allaha ki, uşaq sağ-salamatdır. Kolluqda olduğu üçün bir az qolları və üzü cızılıb”.

İsmayıl Novruzovun ailəsinə təhvil verildiyi anın videosunu təqdim edirik:

 

                                                                                    ***

 

Nabranda itkin düşən 3 yaşlı uşaq belə tapıldı: Atası xilaskarın önündə diz çökdü

 

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlun tapılıb.

AZXEBER.COM xəbər verir ki, uşağı FHN-in əməkdaşları tapıb. Uşaq itkin düşdüyü ərazidən xeyli aralıda, çay kənarından tapılıb. Artıq İsmayıl ailəsinə təhvil verilib.

Uşağın ailəsinə təhvil verildiy anın videosu AZXEBER.COM-a göndərilib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !