Tahir Süleymanov: - ...canlı yayımda ermənilər tərəfindən Ağdamın işğalının bəyan olunması nonsens idi (+FOTOLAR)

Tahir Süleymanov: ...canlı yayımda ermənilər tərəfindən Ağdamın işğalının bəyan olunması nonsens idi (+FOTOLAR)

AZpress.AZ xəbər saytı Tahir Süleymanovun Ağdamın işğalı barəsində yazdığı fikirləri oxucularla bölüşür:

Ağdamın işğalından 25 il ötür...
İllər tez keçir. İşğalın 20 illiyində Çempionlar Liqasının səfər görüşündə düşmənlər işğalçı ölkə kimi təqdim edildi, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
UEFA-nın sərt qanunlarını hər kəs bilir. Yenidən sadalamağa ehtiyac yoxdur. Bütün Avropaya canlı yayımda ermənilər tərəfindən Ağdamın işğalının bəyan olunması nonsens idi. Çempionlar Liqası, Avroliqada ikinci belə halın olmasını xatırlamıram. Daha doğrusu yoxdur və mümkün də deyil...
1 dəqiqəlik sükuta, işğalçı ölkənin stadionda elan edilməsinə çox böyük təkidimiz, siyasi, psixoloji söhbətlərimizdən sonra razılıq verən UEFA nümayəndəsi ruhən istənilən cəzanı göz önünə gətirmişdi. "Neftçi" adına əməyi keçən hər kəsə bir daha dərin təşəkkürümü bildirirəm...
Yüz Çempionlar Liqası, Avroliqa qrupları dövlətçilikdən, torpaqlarımızın geri qaytarılmasından üstün ola bilməz. Harada oluruqsa olaq, milli ruhumuz, şəhidlərimiz bizimlə olmalıdır. Daha doğrusu biz onların ruhunu əbədi hiss etməliyik...
Təəssüf, çox təəssüf... Bu gün xalqı, milləti sevməyənlər tərəfindən milliləşdirilən lazımsız futbolçu düşmən erməni komandasına keçmək sevdasına düşür. Qarabağ, Ağdam adını dilinə gətirməyənlərə milyonlarla xalqın pulu ödənilir.
Heç "ruh"ları da incimir. Sızıldayan ruhlar, torpaqlar uğrunda canlarından keçmiş şəhid ruhlarıdır...
Futbolu dağıdanların gözündə futbolda olmamağımızın səbəbi tək futbol nəticələri deyil, eyni zamanda milli ruhdur, milli ruh!
Mənasız şou proqramlara ayrılan vəsaitlə Ağdamın işğalının 1 dəqiqəlik sükutu ilə bağlı elə minimum 25 dəqiqəlik film çəkilməlidir. Xalqın, dövlətin pulunu xərcləyən futbol nankorlarına sərf etmir. Belələri tək futbola deyil, xalqa, dövlətçiliyə qarşı da düşmənçilik edirlər.
Milli dəyər, təbliğat olmayan yerdə nə torpaqlar qaytarıla bilməz, nə də futbolumuzu istədiyimiz səviyyədə görə bilmərik...
Ağdam, Ağdamın "İmarət"i...
Gənclər o stadionun aurasını, ruhunu görməyiblər. O stadionda futbolçu, Milli Qəhrəmanlar Allahverdi Bağırov, Yuri Kovalyov ruhu dolaşır. "İmarət", qəhrəman ruhlar bizlərin yolunu gözləyir...
Onların ruhları heç vaxt Bakıya gəlməz, BOS, T. Bəhramovda oyunlara baxmaz.
Qəhrəman futbolçu şəhidlərimiz Bakıda deyil, "İmarət"də Çempionlar Liqası, Avroliqa görüşlərində hamılıqla bizləri gözləyirlər...
Onlar qocalmır. Tanrının istəyilə şəhidlik zirvəsinə ucalanlar qarşısında bizlər qocalırıq. Tələsməliyik... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !