RUFİZ QONAQOV: - "TÜRKİYƏNİ AZƏRBAYCANSIZ , AZƏRBAYCANI TÜRKİYƏSİZ TƏSƏVVÜR ETMƏK OLMUR "

RUFİZ QONAQOV: "TÜRKİYƏNİ AZƏRBAYCANSIZ , AZƏRBAYCANI TÜRKİYƏSİZ TƏSƏVVÜR ETMƏK OLMUR "

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri, Türkiyədə keçirilən prezident seçkilərindən sonra Azərbaycan və Türkiyənin qarşısında duran birgə hədəflərin müəyyən olunaraq bu istiqamətdə ikitərəfli addımların atılması ilə bağlı idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.

Azərbaycan və Türkiyənin iki dövlət, bir millət olduğunu vurğulayan politoloq bildirib ki, hər dəfə prezident seçkilərindən sonra necə ki, Azərbaycan prezidenti ilk olaraq xaricə səfərini Türkiyəyə edir, Türkiyə prezidenti də öz növbəsində xaricə ilk səfər olaraq Azərbaycanı seçir: "Mövlüd Çavuşoğlu yeni hökümətdə xarici işlər naziri kimi təsdiq edildikdən sonra ilk səfərini Azərbaycana edib. Səfər zamanı Türkiyə və Azərbaycan qarşısında duran əsas hədəflər müzakirə olunub. Elmar Məmmədyarovla keçirilən görüşdə qarşıda duran əməkdaşlıq məsələləri və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məsələsinə diqqət yetirilib. Bu müzakirələrə, iqtisadi sahədəki əməkdaşlığın daha da gücləndirilməsi, bölgədəki təhlükəsizlik məsələləri və bütövlükdə dünyada baş verən prosesləri aid etmək olar".

Rufiz Qonaqov qeyd edib ki, Azərbaycanı Türkiyəsiz, Türkiyəni isə Azərbaycansız təsəvvür etmək olmur: "Cənab prezident İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın dost və eyni zamanda qardaşlaşmış ölkənin prezidentləridir. Hər toplantı və tədbirlərdə cənab prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, qardaşlaşmış ölkənin prezidentləri olaraq birgə hərəkət edir". 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !