Gənc əsgərlər Vətənə sədaqət andı içiblər - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü və gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, hərbi hissə komandanlığının, Qarabağ müharibəsi veteranlarının və valideynlərin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marşın sədaları altında meydana hərbi hissənin Döyüş Bayrağı gətirilib. Azərbaycanın Dövlət Himni oxunub, gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Mərasimdə Müdafiə nazirinin gənc əsgərlərə ünvanladığı təbrik məktubunun mətni oxunub. Yuxarı komandanlığın münayəndələri çıxış edərək, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara nümunəvi və nizam-intizamla xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Çıxış edən valideynlər günü-gündən qüdrətlənən Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, Vətənə, dövlətə sədaqət andı içərək torpaqlarımızı şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Sonra bədii kompozisiya nümayiş olunub, gənc əsgərlər təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
Əsgər valideynləri içərisində tanınmış müğənni Roza Zərgərli də var idi. O, fikirlərini belə ifadə edib: “Bu gün bütün valideynlərin gözləri doludur. Biz fəxr edirik ki, övladımız Vətənimizə, dövlətimizə, xalqımıza xidmət edir. Hərbi hissədə əsgər və zabitlərin xidməti üçün gözəl şərait yaradılıb. Bütün əsgərlərimizə hərbi xidməti layiqincə yerinə yetirməyi və sağ salamat evə qayıtmağı arzu edirəm”.

Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !