Astarada gənc dövlət qulluqçuları üçün seminar keçirilmişdir - (+FOTOLAR)

Astarada gənc dövlət qulluqçuları üçün seminar keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Astara rayonunda “Açıq hökumət prinsiplərinin təbliği və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində gənc dövlət qulluqçuları üçün seminar təşkil etmişdir.
Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə bu layihə“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin Sərəncamına dəstək olaraq keçirilir. Layihənin əsas məqsədi Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində gənc dövlət qulluqçuları və maraqlı tərəflər arasında təbliğat işini gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Astara rayonunun müxtəlif dövlət qurumlarında çalışan 20 nəfər gənc dövlət qulluqçusu üçün maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin dövlət qulluqçuları üçün əhəmiyyətindən, E-Hökumətlə bağlı görülmüş işlərdən, Asan Xidmət modelindən, digər elektron xidmətlərdən söz açmışdır. Qeyd etmişdir ki, elektron xidmətlərin tətbiqi dövlət qurumları ilə vətəndaşlar arasındakı məsafəni maksimum azaldır və şəffaflığın təmin olunmasında böyük rol oynamışdır. Daha sonra E-Hökumətlə bağlı hazırlanmış video çarx iştirakçılara nümayiş olunmuş və onun ətrafında müzakirələr aparılmışdır.
Tədbirin eksperti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ehtiram Fəttayev tədbiri davam etdirərək Açıq Hökumətin təşviqi prosesində dövlət qulluqçularının rolundan, şəfafflığın təmin olunmasında və korrupsiyanın qarşısının alınması istiqamətində dövlət qulluqçularının səylərinin daha da gücləndirilməsinin vacibliyindən bəhs edərək geniş müzakirə və fikir mübadiləsi aparmışdır. İnteraktiv müzakirələr zamanı dövlət qulluqçuları tərəfindən maraqlı fikirlər və təkliflər səsləndirilmişdir...
Layihə çərçivəsində E-Hökumətlə bağlı hazırlanmış video çarx youtube kanalına yüklənmiş və sosial şəbəkələrdə yayımlanmışdır. Mövzu ilə əlaqəli daha çox insanların maarifləndirilməsi üçün 750 ədəd buklet nəşr edilmiş və tədbirlər zamanı paylanılacaqdır.
Silsilə seminarlar və dəyirmi masalar növbəti günlərdə Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarında da davam etdiriləcəkdir.

Rövşən Bağırov
GSİD ictimai birliyinin sədri / mob: 050 533 16 76

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !