Ermənistanın işğalı altında olan şəhid abidələrimiz … - HESABAT ! + FOTOLAR-VİDEO ( AZpress.AZ - Məhərrəm Abasov)

Ermənistanın işğalı altında olan “şəhid” abidələrimiz … HESABAT ! + FOTOLAR-VİDEO ( AZpress.AZ - Məhərrəm Abasov)

VIDEO -1 >>>>>>  https://web.facebook.com/rasim.sadixov/videos/1927238933986705/?hc_ref=ARQQ0shxnPVizuU7nNIw7Kb-1aaWcgxWgA9w0lfGnNWApDkopbjqTbfn8Ein-RDhwBo

 

VIDEO -2 >>>>>> https://web.facebook.com/rasim.sadixov/videos/1927265923984006/?notif_id=1535628802229530&notif_t=feedback_reaction_generic

 

VIDEO -3 >>>>>>  https://youtu.be/8txJwjduwVk

 

 

AZpress.AZ xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın məruz qaldığı itki və təlafatların qiymətləndirilməsinin gedişi barədə hesabat” adlı tədbir keçirilib. Tədbirə bütün KİV dəvət olunmuşdur

 

                                                                               ***

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ermənistanın işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın məruz qaldığı itki və təlafatların qiymətləndirilməsinin gedişi barədə hesabat” adlı tədbirdən
Mətbuat üçün açıqlama.
Ermənistan Respublikası, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edilməsi anlamını yaradır.

Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistan Respublikasının iddiası, 1992-ci ildə işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq iddiasına haqq qazandırmağa çalışır. Məhz bunaaa görə də Ermənistan işğal altında saxladıqları Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qeyri-qanuni fəaliyyət həyata keçirir.

Ermənistan Azərbaycan cəbhə xəttində tətbiq edilən atəşkəs dövrü, Ermənistanın Azərbaycana qarçı yeritdiyi təcavüzkar siyasəti nəticəsində 10 mindən çox yer adlarını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və yüzlərlə toponimləri erməni adları ilə əvəz ediblər.

Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsələri inşa edib. Eləcədə, Azərbaycanın işğal altındakı bütün əraziləri boyu yüzlərlə erməni xaç nişanlarını daş üzərində yaradaraq yayır, beynəlxalq terrorçulara momerial komplekslər tikirlər. Bu fəaliyyət mütamadi olaraq hər il davam etdirilir.

Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, tərəfimizdən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır.

Daha dəqiq desək, 1510 Mədəniyyət müəsisəsii. O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evli, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.

Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi digər qeyri-qanuni fəaliyyətin ümumi məzmunu belədir:
• 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb.
• 1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonun Mığıdərə kəndinin cənub qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır.
• 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılmılmışdır;
• Ermənistan işğal altında saxladığı ərazilərdə 63 məscidi tamamilə dağıdılmış, 4 məscidi isə sökərək tanınmaz hala salıblar.
• Tarixi əhəmiyyətli 71 türbə, 150 qbristanlıq tamamilə, 250 qəbristanlıq isə qismən dağıdılmışdır;
• 150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən münaqişə ərazisindən çıxarılmış, onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar;
• 1500-dən çox memarlıq abidəsi yad təsirlərdən uçulmaq təhlükəsi qarşısında qalmışdır;
• 50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıların silinmişdir.
• 200-dən çox Arxeoloji abidələr üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qeyri-qanuni arxeoloji qazıntı işləri aparılmışdır;
• Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa Füzulu yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1 yeni erməni kilsəsi inşa edilmişdir.

Ermənistan Hökumətinin bu fəaliyyəti, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir.

Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.

Faiq İsmayılov. Təşkilatın sədri.

 

                                                                                  ***

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “ Ermənistanın işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın məruz qaldığı itki və təlafatların qiymətləndirilməsinin gedişi barədə hesabat” adlı tədbirin.
P R O Q R A MI
1. Ermənistanın işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın məruz qaldığı itki və təlafatların qiymətləndirilməsinin gedişi barədə məlumat; Məlumatın çatdırılmasında əyani vasitələrdən görüntülərdən istifadə ediləcəkdir.
2. İşğal altındakı memarlıq abidələrimizin saylarının və onlara vurulan zərərlərin müəyyənləşdirildiyi barədə məlumat; Məlumatda nadir görüntülərdən istifadə ediləcəkdir.
3. Qarabağ probleminin təbliği və Ermənistanın işğalçılıq siyasətinin ifşası istiqamətindəki fəaliyyətinə görə azpress.az saytının mükafatlandırılması.

Tədbirin keçirildiyi vaxt: 30 Avqust 2018-ci il. Saat 1500
Tədbirin keçirildiyi yer: Beynəlxalq Mətbuat Mərkəzi.
Ünvanı; Bakı şəhəri,Yasamal rayonu, Mətbuat prospekti, 23
Telefon: (+994 12) 537-16-13; Mobil: 055 639 26 19

Hörmətlə: Faiq İsmayılov.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !