Aprel şəhidi Altun Dəmirlinin 21 yaşı qeyd edilib - (+FOTOLAR)

Aprel şəhidi Altun Dəmirlinin 21 yaşı qeyd edilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, sentyabr ayının 1-də Şəmkir rayonunun ictimaiyyəti 2016-cı ilin aprel ayında canını Vətən yolunda qurban verən, Şəmkirin Düyərli kəndində doğulub boya başa çatan Altun Dəmirlinin 21 yaşını qeyd ediblər. Şəhidimiz 1 yaş da böyüyüb. Onun doğum gününə Düyərli kəndinin q və 2 saylı məktəbin müəllim və şagirdləri, Düyərli kəndinin icra nümayəndələri doğmaları və dostları toplaşıblar. Əvvəlcə şəhidimizin evində onun xatirəsi yad edilib. Sonra isə Altun Dəmirlinin uyuduğu məzarı başında onun qısa ömür yolundan, yarımçıq qalmış arzularından danışılıb. Məktəblilər, Altun Dəmirli, aprel döyüşləri, Qarabağ həsrəti, eləcə də Vətən haqqında şerlər oxuyublar. Altun Dəmirli atası Fərman Dəmirli də oğluna həsr etdiyi şerləri oxuyub. Və qeyd edib ki, bütün şəhidlər kimi, oğlu Altunun da ruhu çox narahatdır. Vətən uğrunda canından keçən bütün şəhidlər düşmən tapdağında olan torpaqları azad görmək üçün döyüşə atılmışdılar. Biz şəhid ailələri hər zaman dövlətimizin başçısı İlham Əliyevdən və birinci Vitse prezident Mehriban Xanım Əliyevadan qayğı görürük. Şəmkir rayonunun bütün ictimaiyyəti də öz şəhid oğullarının xatirəsini hər zaman uca tuturlar. Lakin bizim bir problemimiz var: Vətən torpaqlarının azad olduğu günü tezliklə görmək. Yalnız o zaman, oğlumun yanına üzü ağ gedə bilərəm. Gün o gün olsun ki, onların arzuları çin olsun, uğrunda canlarını verdikləri Vətən torpaqları işğaldan azad edilsin. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !