Musiqili Teatr 109-cu mövsümünə O olmasın, bu olsun -la başlayacaq - (+FOTOLAR)

Musiqili Teatr 109-cu mövsümünə “O olmasın, bu olsun”-la başlayacaq (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə 20 sentyabr saat 19:00-da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.
Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, açılış mərasimində nümayiş olunacaq bu ölməz əsər Xalq Artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızının (Sənəm) və Əməkdar artist, Prezident mükafatçısı, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.
Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) nümayiş olunacaq.
Teatr kollektivi sentyabr ayının axırıncı həftəsonu - 28-də “Ər və arvad” (Ü.Hacıbəyli), 29-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 30-da “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Azərbaycan Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !