Açıq Əyləncəvi Futbol Məktəbləri layihəsi... - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi... + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın, Ağcabədi və Laçın rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə Ağcəbədi rayonundan olan uşaqlar və bu rayonda məskunlaşan Laçın rayonundan olan qaçqın və məcburi köçkün düşmüş ailələrin uşaqları üçün 4 sentyabr 2018-ci il tarixdə Ağcəbədi Olimpiya İdman Kompleksində keçirilmişdir.
Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Millət vəkilləri Aqil Abbas, Sabir Hacıyev, Tahir Rzayev, Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Ağcəbədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkilləri Aqil Abbas, Tahir Rzayev və Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Fotomüxbir Mais Amin AZpress.AZ
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !