Nurəddin ƏDİLOĞLU: - MASALLI MAMEDİN DOSTU (+FOTOLAR)

Nurəddin ƏDİLOĞLU: MASALLI MAMEDİN DOSTU (+FOTOLAR)

“Dünyaya öldüyün günün səhərisinin
gözü ilə bax! Nə görürsən, dostum?”


Rahid ULUSEL.

 


Masallı Mamedin 40 mərasimində məzarı üstündə çıxışım gəncliyində “Ququş”, sonralar “Bazar Rafiq” ləqəbi tanınan iş adamı Rafiq Səmədovun çox xoşuna gəlmişdi. Mamed haqqında kitab yazdığımı biləndə Bakıda görüşməyi qərara aldıq. Biz dəfələrlə görüşdük. Hər dəfə də o mənə Mamedlə müxtəlif illərdə, müxtəlif yerlərdə çəkilmiş şəkillərini gətirərdi. Dostu barədə xatirələrini dilə gətirmək isə ona çox ağır gəlirdi. Günlərin bir günü dedim, ay Rafiq, kitab bu gün-sabah çıxacaq, amma sən bir xatirə danışmadın axı.
“– Biz Mamedlə uşaqlıq çağlarından dost olmuşuq... – deyə Rafiq siqaretinə dərin qüllab vurub ağır-ağır söhbətə başladı, – aramızda yaş fərqi olsa da günümüzün çoxu bir yerdə keçib. Həyat hər ikimizi gənc yaşlarımızdan sınağa çəkdi. Hər ikimiz məhbusluq həyatı yaşadıq. Təmənnasız qardaşlıq münasibətimiz vardı. Mamedi tanıyanların 70-80 faizi ona daşıdığı titula görə deyil, öz adına, şəxsiyyətinə, ləyaqətinə görə hörmət edirdi. Əgər “qanuni oğru” olmasaydı, Mamed elə öz adıyla tanınacaqdı. Çox adam ondan söz düşəndə mənə deyirdi ki, biz Mamedlə danışanda, nədənsə özümüzü sərbəst hiss edirik. Belə sərbəstliyi hamı üçün Mamed özü yaradırdı. “Oğru” adını ona hələ səksəninci illərdə təklif eləmişdilər. İmtina etmişdi. Mənə deyirdi: “Rafiq, mənim bir adım var, onu da atam İsgəndər mənə verib!” O, həmişə deyirdi “dövlətin dövlətçiliyi olmalıdır; polis də, məhkəmə də cəmiyyətə hava kimi, su kimi lazımdır”. Mamed güzəşt etməyi, keçməkliyi, bağışlamağı bacarırdı. Heç kəsi sındırmırdı, insanı yaşadırdı, yaşamağa ruhlandırırdı. Onun sözlərində həyatın hər üzünü görmüş müdrik şəxsin məntiqi vardı.


Sadə adam idi.


Bir dəfə Pakistandan Bakıya qonaqlarım gəlmişdi. Apardım Masallıya. Mamedin də Masallıda olduğunu bilirdim. Bizim həyətdə məclis qurduq. Mamed tərcüməçıi vasitəsi ilə qonaqlarla ünsiyyət yaratdı. Və üzünü mənə tutub dedi ki, Rafiq, Allah bilir, bu qonaqlara Masallıya gəlmək bir də nə zaman qismət olacaq. Gəl, onları Masallının İsti-suyuna, Şəlalə tərəfə aparaq. Qoy görsünlər ki, dünyada necə yerlər var. Vətənlərinə qayıdanda da danışmağa təəssüratları olsun. Dediyi sözlər elə bil beynimə yazılırdı. Dedim ki, düz deyirsən, gedək. Təbiətin qoynunda Mamed qonaqlara ürəkgenişliyi ilə elə nəvaziş göstərdi ki, mən onu tanısam da, sadəliyinə heyran qaldım. Süfrəyə gələn nemətlərdən əvvəlcə qonaqların boşqabına çəkirdi, sonra isə öz qabına...


Seyid Sadıq ağa kimi…


İnanın ki, o pul tanımırdı. Ay bu, yevrodur, bu, manatdır, bu, dollardır!.. Əlinə düşəni xırda-paranı da eynən Seyid Sadıq ağa kimi kasıb-küsuba paylardı...
Son günlərəcən onun şəhərdə evi yox idi, kiminsə, tutalım ona bağışladığını o da səxavətlə ehtiyacı olana bağışlamışdı. Günlərin bir günü mən dayısı, qardaşı ilə qərara gəldik ki, ona ikiotaqlı bir mənzil alaq. Yeni binaların tikintisi ilə məşğul olan bir tanışım mənə görə xeyli güzəşt elədi. Dedim, qardaş sən mənə güzəşt elədin, çox sağ ol, amma bu evi mən filankəs üçün alıram. Dedi onun adına da filan qədər güzəşt edirəm. Kəsə, evi alıb Mamedin anasının adına sənədləşdirdik ki, bu dəfə onu heç kimə hədiyyə etməsin! Mamed həbsxanada olanda təmir işləri başa çatmışdı... Deyirdik, inşallah çıxar, sağ-salamat oturar evində... Taleyin işinə bax, sən demə, təzə mənzilində yaşamaq ona qismət olmayacaqmış...


Ölümündən bir gün əvvəl…


Demək olar ki, hər iki gündən bir ona baş çəkərdim. Onunla görüşəndə aramızda vaxtla bağlı söhbət olmazdı, yəni istədiyim vaxt durub işimə-gücümə gedərdim. Axırıncı dəfə (ölümündən bir gün əvvəl) iki tanışımla getdim ona baş çəkməyə. Dedik, güldük, ordan-burdan danışdıq, bir xeyli vaxtdan sonra dedim, Mamed, bizim Füzulinin atası rəhmətə gedib, mən gərək mütləq bu gün hüzr yerində olam. Dedi:
– Bir saat da otur, sonra gedərsən!
Mən onu tanıyandan ömrümdə ilk dəfə idi ki, belə söz deyirdi. Hava qaralırdı. Yenə dedim, qədeş, qoy mən gedim də...
Dedi, bir yarım saat da otur, sonra get!
O gün o, sanki məndən ayrılmaq istəmirdi... Bu çağacan mənim iki doğma qardaşım vəfat edib. Mən Mamedin şəxsində daha bir əziz qardaşımı itirdim.


Mamed əbədi rəhmətlik qazandı


Masallı şəhər qəbiristanlığının darısqallığından hamının xəbəri vardı. Demək olar ki, son illər burada ölü dəfn etməyə bir məzarlıq yer qalmamışdı. Elə adam vardı təzə ölüsünü köhnə qəbirlərdə dəfn edirdi.
...Qəbiristanlığın ərazisinin genişləndirilməsinin savabı da Mamedin adına yazıldı. Bu da Allahın ona bir lütfüdür. O, əbədi rəhmətlik qazandı. Sağ olsun ki, rayon rəhbəri qəbiristanlığın ərazisini genişləndirmək təklifimə çox səmimi münasibət bildirdi. Bundan sonra 30-40, bəlkə 50 il də təzə məzarlara yer olacaq...
Mamed kimi dostu, qardaşı vaxtsız itirmək adama əzab verir.
Allah Memed qardaşımıza rəhmət eləsin!”


P.S: Rafiq Səmədov söhbətini bitirib dedi: “Qardaş, çox istərdim Mamed haqqında kitabın heç olmasa 50-100 nüxsəsi kiril əlifbası ilə çap olunsun!” Soruşdum ki, niyə?” Dedi ki, uzun müddətə azadlıqdan məhrum edilən məhbus dostlarımız var ki, yalnız krill əlifbası ilə nəşr olunan kitabları oxuyurlar. Mamedin ili ərəfəsində işıq üzü görən kitabın həmin nüsxələrini Rafiq həbsxanalardakı dost-tanışlarına payladı.İndi artıq bir ildir ki, Rafiq də dünyasını dəyişib. Allah hər ikisinə rəhmət eləsin. Ruhları şad olsun!


Şəkillərdə: 1.Rafiq və Mamed.
2.Lotu Bəxtiyarın məzarı üstündə.
3. Dağlı Cavanşirin atası Əmirşah kişi ilə.
4. Mamedin qəbirüstü abidəsi.

 

Nurəddin ƏDİLOĞLU. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !