Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır - (+FOTO)

Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır (+FOTO)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində qhtfilm.az saytı yaradılıb.
Bu barədə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. O, qeyd edib ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğ edilməsindən bəhs edir.
Hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlanır. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilir: “Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.
Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə şərçivəsində yaradılan yutub və feysbuq səhifələrinə da daxil edilir və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !