“Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” -

“Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri”

06 sentyabr 2018-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Pezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurassının maliyyə yardımı ilə Tətbiqi Tədqiqatlar Fondunun “ “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri” mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda TTF-in STRATEGİYA.AZ saytı ilə birgə seminarı keçirilmişdir.
Seminarı çıxış sözü ilə açan Strateqiya.az saytının baş redaktoru İbrahim Əliyev qeyd etdi ki, müstəqil Azərbaqcanın ən ağrılı problemi olan Qarabağ problemi ölkənin həyatının bütün sahələri ilə yanaşı milli mədəniyyətimizə də zərbə vurmuşdur. İşğal ərazisində olan tarixi mədəniyyət abidələrimiz işğal dövrü ərzində vəhşicəsinə dağıdılır, mahiyyəti dəyişdirilir, tarixləri saxtalaşdırılır. Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması bizim görməli olduğumuz vacib məsələlərdən biridir. Buna görə də Strategiya.az saytının Tətbiqi Tədqiqatlar Fondu ilə keçirdiyi bu tədbir həmin məsələlərə həsr olunmuşdur.
Seminarda məruzə ilə Milli Məclisin deputatı Elman Nəsirov, AMEA-nın professoru Təvəkkül Əliyev, fəlsəfə doktoru Azad Zeynalov, Azərbaycan istiqlal muzeyinin elmi şöbə müdiri Sədi Mirseyibli maraqlı məruzələrlə çıxış etmişlər. Tədbirdə nümayiş etdirilən əyani materiallarda həmin ərazilərdə yerləşən mədəniyyət abidələrinin vəziyyəti əks etdirilmiş, erməni vandalizminin dağıdıcı nəticələri göstərilmişdir. Qeyd olunmuşdur ki, bu vəhşiliklər azərbaycanın izlərini silməyə yönəlmiş, özlərinin həmin ərazilərdə olmalarını əsaslandırmağa çalışırlar.
Buna görə də bu məsələlərdə güclərin səfərbər olunması, ermənilərin əməllərinin ifşa olunması günün vəzifəsidər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )