Sevdiyi qızın cavabına görə özünü asdı... - Azərbaycanda sevgi faciəsi...

Sevdiyi qızın cavabına görə özünü asdı... Azərbaycanda sevgi faciəsi...

Sumqayıtlı gənc sevdiyi qıza görə özünü öldürüb.

AZpress.AZ “report”a istinadən xəbər verir ki, hadisə şəhərin “gecəqondu” məhəlləsi deyilən ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Abışov Elman Elxan oğlu özünü yaşadığı evdə asaraq öldürüb. Yaxınları bildirib ki, Elman Abışov sevdiyi qızdan “yox” cavabı aldığı üçün özünü asıb.

Gəncin meyidi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )