Samir Ağa: - Ayriliq başlayır göz qapağından

Samir Ağa: Ayriliq başlayır göz qapağından

Ayriliq başlayır göz qapağından

 

Gəldin xəyalıma, getdim özümdən,
Gecənin hüznü də çökdü üzümə
Susdun, bir söz demədin belə
Həsrətin yağış tək yağdi üstümə

Keçdi xəyalımdan sənin gözlərin
Qaranliq gecənin günəşi kimi
Keçdi xəyalımdan sənin saçların,
Dənizə od vuran fırtına kimi

Düşünmə dodaqlar keçmir ağlımdan,
Onlar gözümdədir bir öpüş kimi
Demişdim gözümdən öpmək qadağan,
Ayriliq başlayır göz qapağından

Səsin də tərk etmir qulaqlarımı,
Sevgilim, sevgilim deyib çığırır
Daha yorulmuşam, çıxıb gedirəm.
Əlimdə kağız tək əzilmiş ümid
Cibimdə qələm tək sınmış sevgiylə
Ruhum kədərlidir, özüm fikirli,
Həsrət nəğməsi də yandirir qəlbi,
Yeyin addımlarla irəliləyirəm,
Birdən cağırarsan uzaqlaşmayım...

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )