Ağdam rayonunda Bilik günü ilə əlaqədar tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Ağdam rayonunda “Bilik günü” ilə əlaqədar tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

AZpress.AZ xəbər verir ki, Ağdam rayonunda “Bilik günü” ilə əlaqədar tədbir keçirilib. Bütün ölkə ərazisində olduğu kimi Ağdam rayonunda da geniş qeyd edildi. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Qaradağlı kənd tam orta Məktəbində tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçsı cənab Vaqif Həsənov, Ağdam Təhsil Şöbəsinin müdürü Mətanət Misirxanova , Hüquq Mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə açıq elan olundu. Daha sonra çıxış edən məktəbin direktoru Gülnurə Məmmədova tədbir iştirakçılarını salamlayaraq təhsilə göstərilən dövlət qayğısına görə ölkə prezidenti cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib onlara ən xoş arzularını çatdırdı . Vaqif Həsənov həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın təhsil sahəsini daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulladı .
Daha sonra məktəbin sinif otaqlarına baxış keçirildi .
Tədbirin sonunda məktəblilərin ifasında xüsusi ədəbi-bədi, musiqili kompazisiya nümayiş olundu . 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !