Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edib - (+FOTOLAR)

Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr
Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda
keçirilən beynəlxalq teatr festivalında təmsil edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 12-16 sentyabr
tarixlərində Aktau şəhərində təşkil olunan Xəzəryanı Ölkələrin II
Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda”
tamaşası ilə iştirak edib.

Beynəlxalq festivala Azərbaycanla yanaşı İran, Türkmənistan,
Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılıb. Festival
Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik
yubileyinə həsr olunub.

Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası festival
rəhbərliyi, o cümlədən qeyd olunan ölkələrin teatr ictimaiyyəti
tərəfindən yüksək səviyyədə qarşılanıb.

Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad
Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində
Ayşad Məmmədov özü çıxış edir.

Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə
rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Qeyd edək ki, “İuda” tamaşası insan xəyanətkarlığı mövzusuna həsr
olunub. İuda ustadı İsa Məsihi satdığına görə vicdan əzabından qurtula
bilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırma
cəhdini, onu belə addım atmağa sövq edən insani motivləri açıb
göstərir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !