Qafqaz İslam Ordusu - 100 yürüşü və görüşü - (+FOTOLAR)

“Qafqaz İslam Ordusu - 100” yürüşü və görüşü (+FOTOLAR)

1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana yardıma gələrkən
qərargah mərkəzlərindən biri iyul ayının 2-dən Ağsu rayonu Padar
(Gülmalı) və Külüllü kəndləri arasında hər iki tərəfdən Girdiman çayı ilə
əhatələnən Bilal əfəndi məscidində yerləşib. Özünün bu gün də şirin suyu
ilə seçilən, Girdiman çayı içərisində əlahiddə ada kimi görünən Bilal əfəndi
məscidi qərargah Güzdəyə köçənə qədər demək olar ki, mərkəz olmuşdur.
Qərargah rəisi podpolkovnik Rüştü bəy Bilal əfəndi məscidində otururdu.
İndiyə qədər istər Gəncə, istər Göyçay, istər Bilal əfəndi məscidi, istərsə də
Güzdəkdəki qərargahlar Qafqaz İslam Ordusunun anım mərkəzi kimi
seçilməmişdir.
Qafqaz İslam Ordusunun 100 illiyini nəzərə alaraq MİRAS Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 15 sentyabr tarixində Bilal əfəndi
məscidində Qafqaz İslam Ordusu şəhidlərini anmaq və günü xatırlamaq
üçün mədəni tədbir keçirib. Tədbirə Bakıdan 30-dan çox alim və
sənətşünaslar, media nümayəndələri, Ağsudan Tərəkəmə folkloru qrupu və
Xançoban folklor ansamblının üzvləri, Padar, Külüllü, Xəlilli, Gəgəli,
Qəleyibuğurt kəndinin sakinləri, Göyçaydan motosikletçi gənclər, Qafqaz
İslam ordusu əsgərlərinin və Bilal əfəndinin övladları qoşulublar. Əvvəlcə
Padar kəndində toplaşan iştirakçılar Bilal əfəndi məscidinə qədər əllərində
Azərbaycan və Türkiyənin bayraqları rəngarəng görüntülərlə hərəkət
ediblər. Tədbir Azərbaycan və Türkiyənin himnlərinin səsləndirilməsi,
Qafqaz İslam ordusu şəhidlərinin əziz xatirəsinin sükutla yad edilməsi ilə
başlanıb. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Bilal əfəndi məscidinin tarixi
və Qafqaz İslam ordusunun keçdiyi şanlı yol haqqında iştirakçılara məlumat
verib. Prof.Dr. Minaxanım Nuriyeva Təkləli Qafqaz İslam ordusu
komandanlarının fəaliyyəti, Padar ətrafındakı döyüşlər, qəragahın
Padardan idarə olunması haqqında fikirlərini bölüşüb. Qafqaz İslam
ordusunun əsgəri olmuş Məhəmməd əfəndinin oğlu Məhəmmədəli
Həsənov valideynlərinin xatirələrindən danışıb. Bilal əfəndinin nəvəsi Lətifə
xanım bu abidəni və hadisələri yad etdikləri üçün iştirakçılara minnətdarlıq
edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni yaradılmış
Xançoban folklor ansamblının üzvləri vətənpərvərlik mahnıları və marşlar
ifa ediblər. “Qafqaz İslam Ordusu – 100” turuna qatılmış gənc rəssamlar
Bilal əfəndi məscidinin həyətində etüdlər ediblər.
Bilal əfəndi məscidində qurbanlar kəsilib, ehsan verilib. Padar kənd
məscidinin imamı Nizami Kərimov Qafqaz İslam ordusu əsgərlərinin əziz
xatirəsinə dualar edib. Bilal əfəndi məscidinin divarında Qafqaz İslam
Ordusunun qərargah mərkəzi olması haqqında informasiya paneli
yerləşdirilib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !