Azərbaycan bankının 20 milyonluq oğrusu... - - Nikoil bankın keçmiş sədri

Azərbaycan bankının 20 milyonluq oğrusu... - Nikoil bankın keçmiş sədri

Azərbaycanın banklarından birindən on milyonlarla manat mənimsəməkdə ittiham olunan bankir Moskvada həbs edilib.

AZpress.AZ virtualaz.org-a istinadən xəbər verir ki, “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri, 60 yaşlı Vasili Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində saxlanılıb. O, Omsk vilayətinin sakinidir və həm Rusiyada federal axtarışda idi, həm də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə ittiham olunan bankirin barəsində həbs qətimkan tədbiri seçilib. Onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

Lakin Xamaza Rusiya vətəndaşıdır və onun bu ölkədə mühakimə ediləcəyi istisna deyil.

Vasili Xamaza “Nikoil Bank”a 2005-2017-ci illərdə başçılıq edib. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanları 2017-ci ildə cinayət işi qaldırıb. Xamaza banka məxsus 20 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. Lakin KİV-lər mənimsəmənin həcminin daha böyük ola biləcəyi haqda yazıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !