Tezliklə! Don Kixot Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində - (+FOTOLAR)

Tezliklə! “Don Kixot” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində (+FOTOLAR)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin III rübü üçün
təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot”
əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam edir. Daha öncə məlumat
verdiyimiz kimi, iyulun 3-dən tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli
ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb. Teatr kollektivinin məzuniyyətdən
qayıtması ilə isə artıq səhnədə tamaşanın gərgin məşqlərinə başlanıb.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram
Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, tamaşanın plastik həlli Ceyhun
Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov üzərində işlədiyi əsəri belə
şərh edib:
“Klassik kanonları dağıdaraq daha çox sosial, müasir, XXI əsrin insanını
narahat edə biləcək problemləri ön plana çəkmək istəyirik. İnsana xas olan ləyaqət,
insaf, mərhəmət, mərdlik kimi üstün cəhətləri qabartmağa çalışmışıq. Ekstremal
vəziyyətdə insani hisslərin öz yerini bunun antonimi ola biləcək duyğulara verməsi
və bütün bunlara qarşı təkcə vuruşan, döyüşən Don Kixot haqqında düşünməyə,
tamaşaçını ona yenidən, ayrı baxış bucağından nəzər salmağa çağırırıq. Əsər əsrlər
öncə yazılmasına baxmayaraq, bu gün üçün də aktualdır. İnsanların başına gələn
mənəvi, psixoloji, sosial bəlaların kökünü açmağa, göstərməyə çalışırıq”.
Bütün bu qəliz mətləblərə, klassik əsərin özünəməxsus tələblərinə
baxmayaraq, tamaşa tragikomediya janrında qurulur. Tamaşada dahi bəstəkar Qara
Qarayevin “Don Kixot” qravürlərindən, həmçinin rus bəstəkarı Aleksey
Rıbnikovun əsərlərindən istifadə olunacaq. Tamaşa şərtilik üzərində qurulduğu
üçün səhnə tərtibatında da bu şərtilik gözləniləcək. Zamanı, zəmanəni dəyişməyə
çalışan Don Kixot bunları simvolizə edən böyük bir saatla mübarizə aparacaq.
Yaradıcı heyət Don Kixotun vasitəsiylə “Dünyanı insanlıq, mərhəmət xilas
edəcək” mesajını ötürəcəklər…

Yeni səhnə əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi
Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova,
Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev və
teatrın digər sevilən aktyorları rol alıblar.
Tamaşanın premyerası oktyabr ayının sonuna nəzərdə tutulub. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !