Arvadını başqa şəxslə mesajlaşdığı üçün öldürüb... -

Arvadını başqa şəxslə mesajlaşdığı üçün öldürüb...

Arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var. Uşaqların birinin 7, digərinin isə 5 yaşı var. Daha əvvəl məhkumluq həyatı yaşandığını, cinayət törətmədiyini deyən Elvin tikintilərdə fəhləlik etdiyini söyləyib.

Məhkəmənin baxış iclası sentyabrın 24-ə təyin edilib.

Hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. Məlumata görə, E.Qəhrəmanlı xanımının başqa şəxslə telefonla danışdığını görüb. Daha sonra onlar arasındakı mesajları oxuyub. Bundan sonra arvadını boğaraq qətlə yetirib.

10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib. E.Qəhrəmanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !