Həmin gecə... - - Sevgilisinin başını niyə kəsdi?...

Həmin gecə... - Sevgilisinin başını niyə kəsdi?...

Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub.

AZpress.AZ “Report”a istinadən xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki “Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı sevgilisi, Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

Təqsirləndirilən şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib: “Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sona yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım”

N.Əliyev qaçsa da, Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !