Qonşular zorlanan qadını xilas etdi... -

Qonşular zorlanan qadını xilas etdi...

Bakıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.

Qafqazinfo xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S.Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar. Hazırda Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb edirlər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !