Romada AXC-nin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib - (+FOTOLAR+ViDEO)

Romada AXC-nin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib (+FOTOLAR+ViDEO)

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Mehriban Əliyeva tədbirdə çıxış edib.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tria ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.

Bu gün Azərbaycanda təhsilə, elmə böyük diqqətin ayrıldığını bildirib, cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin əhəmiyyətinə toxunub. O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu uğurların əsasında Azərbaycan rəhbərliyinin insan kapitalına böyük diqqət yetirdiyinin durduğunu deyib. Nazir “Ekspo-2025”ə Bakının namizədlik üçün seçdiyi mövzunun “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olduğunu xatırladaraq onun əhəmiyyətini vurğulayıb.

Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Covanni Tria 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib və bu gün ölkələrimiz arasında əlaqələrin genişləndiyini məmnunluqla vurğulayıb. Qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.

Bildirib ki, bu gün Azərbaycan zəngin mədəniyyətinə, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər mədəniyyətlər və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışıb, bunlara görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Azərbaycan ilə İtaliya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın genişləndirildiyini bildirib, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. “Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bizim strateji tərəfdaşlığımız ticari əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Biz sənaye sahələrinə qarşılıqlı sərmayələr yatırırıq, biz birgə çalışırıq”, - Covanni Tria deyib.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib.

Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılanıb.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilir. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunur.

Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !