"Qismət" şadlıq sarayının oyunları... -

"Qismət" şadlıq sarayının oyunları...

Bakı fəaliyyət göstərən şadlıq evlərindən birində toy məclisi baş tutan paytaxt sakini orada başına gələnlərdən narazıdır.

Minval.info xəbər verir ki, Xəlil Abdullazadə ad-soyadlı Bakı sakininin bu ay Yasamal rayonunda yerləşən “Qismət” adlı şadlıq sarayında toy məclisi keçirilib. O, göstərilən xidmətin və yeməklərin keyfiyyətsiz olduğunu iddia edib. Xəlil bəy eyni zamanda bütün təşkilatçılığın aşağı səviyyətdə həyata keçirildiyini vurğulayıb. Abdullazadə insanlara şad günlərini sözügedən şadlıq sarayında keçirməməyi məsləhət görüb.

“Sentyabrda “Qismət”də toyum oldu. Yeməklərin demək olar ki, çoxu bayat idi. Masaların əksəriyyətinə heç yeməklər normal verilmədi. Şikayət etdikdən sonra stolu doldurdular. Musiqiçilər də sıfır. Tamadanın elə bir birinci işi idi. Verilən hər toyda, hətta kənd toylarında çalınan mahnıları heç cürə ifa edə bilmədilər. Tanınmış müğənni gətirəcəyik adı ilə “xalq ulduzu” gətiriblər. Məclisə tort gəldi, ancaq şəkil çəkmək üçün üstdən kremini görürdük. Bütün tortu oğlan evindən kiminsə maşınına qoyduqlarını dedilər. Ancaq nə oğlan evində, nə də qız evində tortdan əsər əlamət yoxdur. Kameradan baxıb maşını təyin etmək istəsək də, qurğuların ancaq şadlıq evinin içini çəkdiyini dedilər. Əvvəlcədən çəkdiyimiz şəkilləri diskdə istədik. Dedilər, albom sifariş verməsəniz şəkilləri vermirik. Qısacası, heç kimə oranı məsləhət görmürəm” – Xəlil Abdullazadə bildirib.

Minval.info mövzuyla əlaqədar “Qismət” şadlıq sarayının məsul şəxsi ilə əlaqə saxlayıb. O, deyilənlərlə razı olmayıb və hər şeyin yüksək səviyyədə təşkil olunduğu bildirib:

“Yeməklər barədə deyilənlər boş sözlərdir. Biz tortu neyləyirik, 20 manatdır. Kim götürüb gedib bilmirik. Gəlib albomlarını da aparıblar, hətta dedim ki, hansı şəkil xoşunuza gəlmirsə, dəyişiklik də edə bilərsiniz. Belə bir söhbət olmayıb. Burada heç kimə məcburi albom satılmır. Həm də bu, fotoqrafın özünün işidir. Bizdə xidmət də güclüdür. Kimsə sonradan nağıl danışır, bizim problemimiz deyil”.

Restoran rəhbərliyindən həmçinin yeməklərin keyfiyyətsiz olduğu barədə iddialara münasibət bildirildi:

“Əgər həqiqətən belə bir fakt varıydısa, o zaman Antiinhisar İdarəsinə məlumat verərdilər”.

Samir Mirzə 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !