Məktəblilərin peyntbol üzrə hərbi vətənpərvərlik turnirinə yekun vurulub - (+FOTOLAR)

Məktəblilərin peyntbol üzrə hərbi vətənpərvərlik turnirinə yekun vurulub (+FOTOLAR)

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant
müsabiqəsi"nin qalibi olan "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı layihə çərçivəsində
məktəblilərin peyntbol üzrə turniri çərçivəsində sonuncu tədbir keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi
Ayaz Qədirov layihə barədə məlumat verərək bildirib ki, məqsəd gənclərin hərbi vətənpərvərik
ruhunda tərbiyə olunması, hərbin sirlərini şagirdlərə əyləncəli oyunlar vasitəsilə təbliğ etməkdir.
Layihə rəhbəri qeyd edib ki, bu günə qədər Quba rayonunun 12 kənd məktəbində təhsil alan
şagirdlərin iştirakı ilə 3 turnir keçirilb və müvafiq olaraq Qırmızı qəsəbə, Qəçrəş və Dağlı kən
məktəblərinin komandaları hərbi bilikərini yarışda uğurla tətbiq edərək qalib adını qazanıblar.
Son turnirdə Quba rayonunun Qımılqışlaq, Hacıqayıb, və Küçeyi kənd məktəblərində təhsil alan
məktəblilər mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda Qımılqışlaq kənd ümumi orta
məktəbinin “Vur, komandir!” komandası qalib adını qazanıb.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun 15 kənd məktəbinin 75 şagirdi iştirak edərək
asudə vaxtlarını səmərəli təşkil etmiş, hərbi dərslərdə yiyələndikləri bilik və bacarıqlarını nümayiş
etdirmişlər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !