Asan İmza xidməti artıq Bank BTB ASC–də -

“Asan İmza” xidməti artıq Bank “BTB” ASC–də

AZpress.AZ xəbər verir ki, Bu gün rəqəmsal bankçılığın üstünlüklərini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan müştərilərə İnternet Bankçılıq xidməti ilə yanaşı “Asan İmza” mobil elektron imza xidmətini də təqdim edə bilir. Həmçinin İpoteka krediti müraciəti üçün “Asan İmza” əldə etmək istəyən müştərilər Bank BTB-yə müraciət edə bilərlər. Hazırda Bank BTB-nin 3 xidmət nöqtəsində qeyd edilən “Asan İmza” xidməti təqdim edilir. Bunlar Baş Ofis, «Premium» və «Sənaye» filiallarıdır.
Bu xidmət, müraciət edən müştərilərin həm vaxtına qənaət, həm də mərkəzləşmiş qaydada kompleks
xidmətlərin təqdim olunması deməkdir. Belə ki, Bank BTB-yə müraciət edən müştərilər “Asan İmza” mobil elektron imza sertifikatını əldə edə, eyni zamanda sahib olduqları sim-kartları dərhal “Asan İmza” üçün nəzərdə tutulan sim-kartla əvəzləmək imkanını əldə etmiş olurlar. Bunun üçün müştərilər Bank BTB-nin müvafiq xidmət nöqtələrinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş İstifadəçi ID- si və PIN kodlar (PIN1, PIN2 və PUK kod) təqdim olunur.
Qeyd edək ki, «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə
əməliyyatlarının tez, asan və təhlükəsiz aparılması imkanı verir.
Bankın xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az
və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq
mümkündür. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !