"Jurnalistika və Bank PR" mövzusunda... - (+FOTOLAR)

"Jurnalistika və Bank PR" mövzusunda... (+FOTOLAR)

Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən #SMM2018 Business Breakfast təliminə qatılmış gənclərlə jurnalistika və bank sektorunda PR mövzusunda söhbətləşdik.
Bir-birimizdən öyrənməyə çalışdıq.
Söhbətdən yorulanda ədəbiyyat havası zehnimizi yeniləyirdi.
Bütün iştirakçılar çox pozitiv və fəal idilər. Ona görə də özümlə apardığım 3 kitabı kimə bağışlamağa əvvəl xeyli çətinlik çəkdim.
Bunlar Azad Mirzəcanzadənin "İxtisasa giriş", Rafiq Hunaltayın tərtib etdiyi "Bu günün marketinqi" və Əhmət Şərif İzgörənin "İş həyatında 100 kenquru" əsərləri idi.
Kitabı qazananlarsa söz verdilər ki, oxuyandan sonra onları digər dostları ilə də paylaşacaqlar.
Çalışdıq ki, PR mövzusunda bu təlimin özünü kitabın, biliyin PR-ına çevirək. Çünki bu, ictimai əlaqələrdə də olmazsa-olmaz məsələsidir.
Alındımı, bilmirəm.
Bircə onu bilirəm ki, belə bir gəncliklə ancaq qürur duyulur. 

Yadigar Cəfərli 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !