"Müharibə veteranlarına hüquqi yardım"adlı tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

"Müharibə veteranlarına hüquqi yardım"adlı tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində AVMVİB, rayon şöbələri ilə birlikdə keçirdikləri tədbirləri davam etdirib.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində bu dəfə Ağcabədi rayon veteranları ilə geniş tərkibdə görüş keçirilib. Layihə rəhbəri AVMVİB sədrinin müavini Vahid Abdürəhmanovun rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində rayon veteranlarını maraqlandıran suallara cavablar verilib və qaldırılan problemlər aidiyyatları üzrə qruplaşdırılıb. Görüşdə AVMVİB MNTK sədri Niyazi Quliyev, AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, AVMVİB şöbə müdiri Akif Abbasov, Ağcabədi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Təyyar Hacıyev YAP rayon təşkilatından Mehman Novruzov, Muğam Mərkəzinin direktoru, müharibə veteranı Tofiq Cəfərov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev iştirak edirdilər.
Tədbirdə çıxış edən AVMVİB sədrinin müavini və layihənin koordinatoru Vahid Abdürəhmanov bu layihənin get-gedə daha çox veteranı əhatə etməsindən və layihənin veteran probleminlərinin həllində oynadığı rolu xüsusi vurğuladı. Bu layihə bir daha göstərdi ki, bu istiqamətdə görüləcək çox işlər var. Məqsədyönlü şəkildə apardığımız işlər sayəsində artıq 200 nəfərdən çox veteranın uzun illər həllini tapmayan problemlərinin həllində yardımçı olmuşuq. Buna görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşkilatımız adından öz minnətdarlığımızı bildiririk. Bu gün, məhz bu işlərin görülməsiylə təşkilata edilən müraciətlərin sayı artıb. Öz imkanlarımız və hətta şəxsi əlaqələrimiz hesabına hər bir veterana yardımçı olmağa çalışırıq. Yəni bundan sonra da anoloji işlər davam etdiriləcək. Ağcabədi rayonu veteranlarımız sıx yaşadığı bir bölgə olduğuna görə bu rayonda da belə bir görüşün keçirilməsi məqbuldur.

Sonra debatlarla yadda qalan görüşdə veteranları maraqlandıran suallara cavab verildi.
AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov belə bir tədbiri rayonda keçirilməsinə görə təşkilat rəhbərliyinə və iştirakçılara öz minətdarlığını bildirdi.


Fotomüxbir Mais Amin Azpress.AZ 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !